27 Sentyabr – Anım Günü

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə kollecin Humanitar FBK-nin müəllimi Ruhəngiz Fətəliyevanın təqdimatında seminar keçirilmişdir.

Tədbir zamanı 27 Sentyabr – Anım Gününün Azərbaycan tarixində əhəmiyyəti, 2020-ci il Vətən müharibəsinin başlanması ilə nəticələnən tarixi hadisələr, Azərbaycan xalqının həmrəyliyi və ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunmuş tarixi Zəfər barədə tələbələrə məlumat verilmişdir.

Təqdimat zamanı Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlığı və fədakarlığı xüsusi qeyd edilmiş, onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşıdığı vurğulanmışdır.