27 Sentyabr – Anım Günü ilə əlaqədar UNEC nəzdində Qida Sənayesi Kollecinin müəllim və tələbələrinin Zəfər Muzeyinə ziyarəti təşkil edilmişdir

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin müəllim və tələbələrinin Zəfər Muzeyinə ziyarəti təşkil edilmişdir.

Ziyarətin keçirilməsində məqsəd Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi, tələbələrə Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə məlumatların çatdırılması, onların milli-mənəvi dəyərlərə və tarixi irsə hörmət ruhunda tərbiyə olunmasının təmin edilməsidir.

Ziyarət zamanı tələbələr Zəfər Muzeyində nümayiş etdirilən eksponat, fotoşəkil, sənəd və digər tarixi materiallarla tanış olmuş, Vətən müharibəsi və Azərbaycan xalqının tarixi Zəfəri haqqında ətraflı məlumat əldə etmişlər.

Tədbir zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilmiş, onların Vətənin müdafiəsi uğrunda göstərdikləri fədakarlığın gənc nəslin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığı qeyd edilmişdir.

Keçirilmiş ziyarət tələbələrin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur