27 Sentyabr – Anım Günü ilə əlaqədar ziyarət

27 Sentyabr – Anım Günü ilə əlaqədar ziyarət

UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivi və tələbələri 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Nizami rayonunda yerləşən Şəhid Abidəsini ziyarət edib.

Daha sonra II Fəxri xiyabanda Vətən müharibəsində şəhid olmuş, kollecin tələbəsi Səbuhi Əhmədovun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyaraq şəhidimizin əziz xatirəsini dərin ehtiram və hörmətlə yad edib, ruhuna dualar oxuyublar.

Ziyarət zamanı Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların döyüş xatirələrini dinləyən kollektiv, həmçinin şəhid ailələri ilə görüşüb, onlara ehtiramını ifadə edib.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!