“Azadlığını qoru – asılılığa yox de!” Narkomaniyaya qarşı mübarizə.

“Azadlığını qoru – asılılığa yox de!”
Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təbliği məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində “Azadlığını qoru – asılılığa yox de!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.


Tədbirin əsas məqsədi tələbələr arasında narkomaniyanın insan sağlamlığına, psixoloji vəziyyətə və sosial həyata mənfi təsirləri barədə məlumatlılığın artırılması, narkotik vasitələrdən istifadənin yaratdığı təhlükələrə diqqətin cəlb edilməsi və gənclərin sağlam həyat tərzinə təşviq olunması olmuşdur.


Tədbir çərçivəsində narkomaniyanın fəsadları, narkotik asılılığının insanın həyatına və gələcəyinə təsiri, riskli davranışlardan qorunma yolları və sağlam seçimlərin əhəmiyyəti barədə maarifləndirici çıxışlar və müzakirələr aparılmışdır.
Narkomaniyadan uzaq durmağın yalnız sağlamlığın deyil, həm də azadlığın, gələcəyin və şəxsi seçim hüququnun qorunması baxımından vacib olduğu vurğulanmışdır.