UNEC nəzdində Qida Sənayesi Kollecində 16 Oktyabr – Ümumdünya Qida Günü qeyd olunub.

Qida mədəniyyəti və sağlam gələcək naminə!

UNEC nəzdində Qida Sənayesi Kollecində 16 Oktyabr – Ümumdünya Qida Günü qeyd olunub.
Bu əlamətdar gün münasibətilə kollecdə tələbələrin bilik, bacarıq və yaradıcılıqlarını nümayiş etdirdikləri maraqlı və maarifləndirici tədbir keçirilib.

Tədbirdə tədris işləri üzrə direktor müavini İsmayıl Məmmədov, Qida texnologiyası və ekspertiza fənn birləşmə komissiyasının sədri Esmira Məmmədağayeva, müəllimlər Nailə Bayramova və Xəyalə Nəsibova çıxış edərək sağlam qidalanmanın, qida təhlükəsizliyinin və qida mədəniyyətinin cəmiyyətin həyatındakı əhəmiyyətini vurğulayıblar.

Tələbələrin hazırladıqları müxtəlif yeməklər, rəngarəng salatlar və digər qida nümunələri onların peşəyə olan marağını, yaradıcı yanaşmasını və praktik bacarıqlarını əyani şəkildə nümayiş etdirib. Tədbirin sonunda fəallığı və fərqlənən bacarıqları ilə seçilən tələbələr təşəkkürnamələrlə təltif olunublar.

Bu cür tədbirlər yalnız bilik və bacarıqların nümayişi deyil, həm də gələcəyin peşəkar qida mütəxəssislərinin yetişdirilməsi, sağlam qidalanma mədəniyyətinin təşviqi və keyfiyyətli təhsilin praktik təcrübə ilə zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Çünki sağlam gələcəyin təməli təhlükəsiz qida, düzgün qidalanma və peşəkar bilikdən başlayır!