Qida Sənayesi Kollecində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə maarifləndirici tədbir keçirilib.

Tədbirda psixi sağlamlığın qorunmasının fərdin sosial və emosional inkişafında əhəmiyyəti, psixoloji dayanıqlılığın gücləndirilməsi, stress amillərinin idarə olunması və sağlam psixoloji mühitin formalaşdırılması məsələləri müzakirə edilmişdir.


Kollecin psixoloqu Bəsti Hacıyeva çıxışında psixi sağlamlığın ümumi sağlamlığın mühüm komponenti olduğu vurğulanaraq, gənclər arasında psixoloji maarifləndirmənin genişləndirilməsinin, emosional rifahın qorunmasının və psixoloji çətinliklərə qarşı düzgün yanaşmanın formalaşdırılmasının vacibliyini qeyd etmişdir.


Psixi sağlamlıq sahəsində məlumatlılığını artırmaq, sağlam həyat tərzini təşviq etmək və təhsil mühitində əlverişli psixoloji mühitin formalaşdırılmasına təsir etmək tədbirin əsas məqsədi olmuşdur.