Qida Sənayesi Kollecində “Gender stereotipləri” mövzusunda elmi-praktik təlim keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində dövlət proqramının müvafiq istiqamətlərinə uyğun olaraq gender bərabərliyinin təşviqi, gender stereotiplərinin mahiyyətinin izahı və bu sahədə tələbələrin məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-terapevti Mirsadiq Muxtarov tərəfindən “Gender stereotipləri” mövzusunda elmi-praktik təlim keçirilib.

Təlimdə gender stereotiplərinin sosial-psixoloji mahiyyəti, onların fərdin şəxsiyyətinin formalaşmasına, davranış modellərinə, sosial münasibətlərə və cəmiyyətdə mövcud olan rol bölgüsünə təsiri geniş şəkildə izah edilmişdir.

Gender bərabərliyinin yalnız hüquqi prinsip deyil, həm də sosial inkişafın, inklüzivliyin və sağlam ictimai münasibətlərin mühüm göstəricisi olduğu vurğulanmış, gender stereotiplərinin tənqidi təhlili, fərdi xüsusiyyətlərə və seçimlərə hörmətlə yanaşılması, ayrı-seçkiliyin qarşısının alınması və bərabər imkanlar prinsipinin təşviqi məsələlərinə xüsusi diqqət yetirilmişdir.

İnteraktiv müzakirələrlə müşayiət olunan təlim tələbələrdə gender məsələlərinə dair elmi əsaslandırılmış yanaşmanın formalaşdırılması, sosial məsuliyyətin gücləndirilməsi və gender həssaslığının artırılması baxımından həyata keçirilən maarifləndirici fəaliyyətlər gənclərin hüquq bərabərliyi, qarşılıqlı hörmət və ayrı-seçkiliyə qarşı mübarizə prinsipləri əsasında formalaşmasına, eləcə də cəmiyyətdə gender bərabərliyi mədəniyyətinin təşviqinə xidmət edir.