“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bilik yarışı keçirildi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bilik yarışı keçirildi

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Bilik yarışı təşkil olunub. Tədbirdə Nizami rayonunda yerləşən kolleclərin və təhsil müəssisələrinin tələbələrindən ibarət 27 komanda – hər biri 5 əsas, 2 ehtiyat iştirakçı olmaqla – mübarizə aparıb.

Bu cür bilik yarışlarının keçirilməsində əsas məqsəd dövlətin gənclər siyasətinə dəstək göstərmək, gənclərin intellektual potensialını üzə çıxarmaq və onların vətənpərvərlik ruhunda yetişməsinə töhfə verməkdir.