Qida Kollecində İnformasiya Təhlükəsizliyi Mövzusunda Tədbir Keçirilib

UNEC nəzdində Qida Sənayesi Kollecində informasiya təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin məqsədi tələbə və əməkdaşların informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, kibertəhdidlərdən qorunma yolları, şəxsi məlumatların mühafizəsi və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılması olub.

Ardını oxu

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür!

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür! ADİU- nun nəzdində Qida Sənayesi Kollecində 1918-ci il mart hadisələrinin qurbanlarını yad etmək məqsədilə tədbir təşkil olundu. Tədbir zamanı günahsız soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, tariximizin qanlı səhifələri vərəqləndi. Tədbirin əsas məqsədi tariximizi unutmamaq və bu həqiqətləri gələcək nəsillərə ötürməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ardını oxu

Qida Sənayesi Kollecində Novruz Şənliyi

Qida Sənayesi Kollecinin müəllimləri, əməkdaşları və tələbələri! Hər birinizi milli birliyimizin rəmzi olan Novruz bayramı və Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik! Novruz tonqalı təkcə keçmişin ağırlığını deyil, həm də gələcəyə olan ümidlərimizi işıqlandırır. Necə ki, qədim ənənələrimiz keçmişimizə sahib çıxmağı öyrədir, biz də təhsil ocağımızın dəyərlərini qoruyaraq gələcəyə doğru əzmlə addımlayırıq. Arzu edirik ki, hər birinizin həyatına bahar təravəti, süfrələrinizə bol ruzi-bərəkət gəlsin. Bayramınız mübarək!

Ardını oxu

“Narkomaniyaya yox deyək!” və “Erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Nizami rayon Polis Veteranları Şurasının sədri Nazim Qnyazov və Firdovsi Bayramov, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin rəis müavini, polis-polkovnik-leytenantı Anar Zeynalov, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar – polis kapitanı Günay Heydərova və polis baş leytenantı Mirrəşad Mirzəyev, Nizami rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri Ramil Səfərovun iştirakı ilə “Narkomaniyaya yox deyək!”, “Erkən nigahın fəsadları”, AR qanunvericiliyinə əsasən “hərbi xidmətə

Ardını oxu

Qarabağın Dirçəlişi və Böyük Qayıdış: Kollecimizdə Maarifləndirici Görüş

UNEC nəzdində Qida Sənayesi Kollecində Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi tələbə və əməkdaşları Dövlət Proqramının əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdış prosesinin əhəmiyyəti barədə məlumatlandırmaq olmuşdur.

Ardını oxu

Qida Sənayesi Kollecində WUF13 çərçivəsində maarifləndirici tədbir keçirilib

Qida Sənayesi Kollecində WUF13 çərçivəsində maarifləndirici tədbir keçirilib Qida Sənayesi Kollecində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar maarifləndirici tədbir təşkil olunub.

Ardını oxu

Qida Sənayesi Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar arasında dama yarışı təşkil olunub.

UNEC nəzdində Qida Sənayesi Kollecində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlar arasında dama yarışı təşkil olunub. Tədbirin keçirilməsində məqsəd qadınların intellektual bacarıqlarını nümayiş etdirmək, kollektiv arasında mehribanlıq və dostluq mühitini daha da möhkəmləndirmək olub. Yarış iştirakçıları böyük maraq və həvəslə mübarizə apararaq öz məntiqi düşünmə və strateji bacarıqlarını nümayiş etdiriblər.

Ardını oxu