Bu kolleclərə direktorlar təyin olundu

Kolleclərə yeni direktorlar təyin olunub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.

Ardını oxu

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü

Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib. Tədbirdə UNEC nəzdində Qida Sənayesi kollecinin Mehmanxana və turizm şöbəsinin müdiri Aytən Ağayeva,metodist Leyla Fətəliyeva, Gənclərin çağırışa qədərki hazırlıq müəllimi Hüseyn Quliyev iştirak etmişdir. Bütün əsgər və sabitlərimizi təbrik edir,şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

Ardını oxu

Kollecimizin Qida ekspertizası laboratoriyasının müdiri Sevda Süleymanovanın doğum günüdür

UNEC nəzdində Qida Sənayesi Kollecinin Qida ekspertizası laboratoriyasının müdiri Sevda Süleymanovanın doğum günüdür. Sevda xanımı 50 illik yubileyi münasibətilə kollektiv üzvləri təbrik edir, ona sağlıqlı həyat,işlərində uğurlar arzulayırlar.

Ardını oxu

Milli Qurtuluş Günü və Müqəddəs Qurban Bayramınız Mübarək!

HÖRMƏTLİ ƏDALƏT MÜƏLLİM! Sizi və çox dəyərli UNEC ailəmizin bütün üzvlərini Milli Qurtuluş Günü və Müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik, bacarıqlı rəhbərliyinizlə əldə etdiyimiz uğurların davamlı olacağına inanırıq. Hörmətlə, UNEC-in nəzdində Qida Sənayesi Kollecin kollektivi adından direktor Sevinc Həmzəyevə.

Ardını oxu

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin rəhbər heyətində dəyişiklik olmuşdur

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin rəhbər heyətində dəyişiklik olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Gəray Musayev təqdimat üçün kollecə gəlmişdir. O çıxış edərək Vilayət İsmayılovun fəaliyyəti dövründə qazandığı uğurlara görə UNEC-in rektoru professor Ədalət Muradov tərəfindən Fəxri fərmanla təltif olunduğuna görə təbrik edərək ona gələcək həyatında, fəaliyyətində uğurlar arzu etmişdir.

Ardını oxu

Qida Sənayesi Kollecində “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində “Milli Qurtuluş Gün” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən kollecin müəllimi Nəzakət Atakişiyeva iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixi olduğunu söyləyərək, bu tarixi yaradanın  Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyev olduğunu vurğulamışdır.

Ardını oxu

Qida Sənayesi Kolleci 2024-cü ilin məzunlarını yola salır

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci 2024-cü ilin məzunlarını yola salır. Əziz tələbələr, insan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Tələbəlik illəri də belə illərdəndir. Məqsədiniz üçün gəldiyiniz bu kollecden vidalaşmaq vaxtı çatmışdır. Ümid edirik ki , geridə qalan illlər sizin yaddaşınızda xoş izlər buraxmışdır. İnşallah həyatda öz yerinizi tapıb, bizim hər zaman fəxr edəcəyimiz tələbələrimizdən olacaqsınız. Hər birinizi həyatın yeni mərhələsinə yola salmağın qürurunu yaşayırıq. Sizə uğurlar və müvəffəqiyyətlər.  

Ardını oxu