Qida Sənayesi Kolleci 2024-cü ilin məzunlarını yola salır

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci 2024-cü ilin məzunlarını yola salır. Əziz tələbələr, insan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Tələbəlik illəri də belə illərdəndir. Məqsədiniz üçün gəldiyiniz bu kollecden vidalaşmaq vaxtı çatmışdır. Ümid edirik ki , geridə qalan illlər sizin yaddaşınızda xoş izlər buraxmışdır. İnşallah həyatda öz yerinizi tapıb, bizim hər zaman fəxr edəcəyimiz tələbələrimizdən olacaqsınız. Hər birinizi həyatın yeni mərhələsinə yola salmağın qürurunu yaşayırıq. Sizə uğurlar və müvəffəqiyyətlər.  

Ardını oxu

"Korrupsiya qlobal problem kimi" adlı maarifləndirici tədbir

05 iyun 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində “Korrupsiya qlobal problem kimi” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq kollecin sosioloqu Xəyalə Həsənova çıxış etmiş, korrupsiya haqqında məlumat verərək çıxış üçün Nizami rayon polis mayoru Natiq Yusifovu dəvət etmişdir. O öz çıxışında tədbirdə iştirak edən müəllim və tələbə kollektivini korrupsiya ilə mübarizə aparmaqda hüquq mühafizə orqanlarına köməklik etməyi tövsiyyə etmişdir.

Ardını oxu

7 iyun Beynəlxalq Qida Təhlükəsizliyi günü

7 iyun Beynəlxalq Qida Təhlükəsizliyi günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində 4 iyun 2024-cü il tarixində “Əmtəəşünaslıq və ekspertiza” fənn birləşmə komissiyasının sədri Ramilə Bilalova tərəfindən dəyirmi masa keçirilmişdir. Dəyirmi masa  “Qida təhlükəsizliyi: gözlənilməz hallara hazır ol” şüarı üzərində qurulmuşdur.

Ardını oxu

28 May - Müstəqillik Günü - Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyinə həsr olunmuş tədbir

Təqvimdə bayramlar az deyil, amma onlar içərisində mayın 28-i xüsusi anlam daşıyır. Əlbəttədə ki, hər bir bayramın böyüklüyü ilk növbədə həmin bayramla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rolla ölçülməlidir. Bu baxımdan yanaşsaq təqvimin bu günü tariximizə Müstəqillik günü kimi daxil olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyinə həsr olunmuş “28 May -Müstəqillik Günü” adlı tədbir keçirilmişdir.

Ardını oxu

"Narkomaniyaya YOX! Deyək"

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə  və aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində “Narkomaniyaya YOX” adlı maarifləndirmə və təşviqat xarakterli tədbir keçirilmişdir.  Tədbirdə kollecin həkim-pedaqoqu İsgəndərova Leyla Narkotik maddələrdən ilk öncə tibbdə istifadə olunmağa başladığını qeyd etmişdir

Ardını oxu

"Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu" adlı elmi-praktiki konfrans

"Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu" adlı elmi-praktiki konfrans

Ardını oxu

Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçirilib

Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçirilib. Sərgi kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayıb.

Ardını oxu