Gənclər üçün Sağlam Gələcək: Qida Sənayesi Kollecində Maarifləndirici Tədbir Keçirildi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Ümumdünya Sağlamlıq Günü münasibətilə “Yeniyetməlik və gənclik illərində sağlam qidalanmanın vacibliyi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam qidalanma mədəniyyətinin formalaşdırılması, qida təhlükəsizliyi üzrə biliklərin artırılması, eləcə də sağlam həyat tərzinin təşviqi olmuşdur.
UNEC nəzdində Qida Sənayesi Kollecində metodist Ülviyyə İsmayılovanın riyaziyyat fənni üzrə hazırlanmış metodiki vəsaitin təqdimatı keçirilmişdir
UNEC nəzdində Qida Sənayesi Kollecində metodist Ülviyyə İsmayılovanın riyaziyyat fənni üzrə hazırlanmış metodiki vəsaitin təqdimatı keçirilmişdir . Sözügedən metodiki vəsait riyaziyyat fənninin daha dərindən və sistemli şəkildə mənimsənilməsi məqsədilə hazırlanmış, mövzuların izahı, nümunələr və tapşırıqlarla zənginləşdirilmişdir.
Qida Kollecində İnformasiya Təhlükəsizliyi Mövzusunda Tədbir Keçirilib
UNEC nəzdində Qida Sənayesi Kollecində informasiya təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin məqsədi tələbə və əməkdaşların informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, kibertəhdidlərdən qorunma yolları, şəxsi məlumatların mühafizəsi və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılması olub.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür!
31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür! ADİU- nun nəzdində Qida Sənayesi Kollecində 1918-ci il mart hadisələrinin qurbanlarını yad etmək məqsədilə tədbir təşkil olundu. Tədbir zamanı günahsız soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, tariximizin qanlı səhifələri vərəqləndi. Tədbirin əsas məqsədi tariximizi unutmamaq və bu həqiqətləri gələcək nəsillərə ötürməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qida Sənayesi Kollecində Novruz Şənliyi
Qida Sənayesi Kollecinin müəllimləri, əməkdaşları və tələbələri! Hər birinizi milli birliyimizin rəmzi olan Novruz bayramı və Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik! Novruz tonqalı təkcə keçmişin ağırlığını deyil, həm də gələcəyə olan ümidlərimizi işıqlandırır. Necə ki, qədim ənənələrimiz keçmişimizə sahib çıxmağı öyrədir, biz də təhsil ocağımızın dəyərlərini qoruyaraq gələcəyə doğru əzmlə addımlayırıq. Arzu edirik ki, hər birinizin həyatına bahar təravəti, süfrələrinizə bol ruzi-bərəkət gəlsin. Bayramınız mübarək!
“Narkomaniyaya yox deyək!” və “Erkən nigahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində Nizami rayon Polis Veteranları Şurasının sədri Nazim Qnyazov və Firdovsi Bayramov, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin rəis müavini, polis-polkovnik-leytenantı Anar Zeynalov, yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar – polis kapitanı Günay Heydərova və polis baş leytenantı Mirrəşad Mirzəyev, Nizami rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri Ramil Səfərovun iştirakı ilə “Narkomaniyaya yox deyək!”, “Erkən nigahın fəsadları”, AR qanunvericiliyinə əsasən “hərbi xidmətə
Qarabağın Dirçəlişi və Böyük Qayıdış: Kollecimizdə Maarifləndirici Görüş
UNEC nəzdində Qida Sənayesi Kollecində Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirin məqsədi tələbə və əməkdaşları Dövlət Proqramının əsas istiqamətləri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, sosial-iqtisadi inkişaf strategiyası və Böyük Qayıdış prosesinin əhəmiyyəti barədə məlumatlandırmaq olmuşdur.
Xəbərlər
-
Qida Sənayesi Kolleci 2026/2027-ci tədris ili üçün
Tarix: 05-06-2026 08:22 -
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47
Elanlar
-
QƏBULA İNDİ BAŞLA!
Tarix: 19-05-2026 13:56 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11


















