Qida Sənayesi Kollecinə yeni direktor müavini təyin olunub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə İsmayıl Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə UNEC-in nəzdində Qida Sənayesi Kollecinin kitabxanasında tədbir keçirilmişdir.
12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə UNEC-in nəzdində Qida Sənayesi Kollecinin kitabxanasında tədbir keçirilmişdir. Tədbiri Tərbiyə işləri üzrə direktor müavini Aytən Ağayeva açaraq iştirakçıları salamlamış və anım gününün əhəmiyyətindən danışmışdır. Kitabxana müdiri Cümşüdova Zülfiyyə və kitabxanaçı Məmmədova Nazimə tədbirin məzmunu haqqında məlumat vermiş, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilmişdir. Daha sonra tələbələr Ulu Öndərə həsr olunan şeirlər səsləndirmişlər.
Qida Sənayesi Kollecinində tələbələrin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda təlim təşkil olundu.
ADIU-nun nəzdində Qida Sənayesi Kollecinin Hüquq müəlliməsi Aytən Paşa tərəfindən tələbələrin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda təlim təşkil olundu.
Qida Sənayesi Kollecində Ana Dilinin Saflığının Qorunmasına Həsr Olunmuş Maarifləndirici Tədbir
UNEC nəzdində Qida Sənayesi Kollecində ana dilinin saflığının qorunması və təbliği məqsədi ilə maarifləndirici tədbir təşkil olunub. Nitq təlimçisi Röya Ağayevanın təqdimatında keçirilən tədbirdə ana dilinin düzgün istifadəsi, nitq mədəniyyəti və ifadə bacarıqlarının inkişafı barədə məlumatlar verilib. Proqram çərçivəsində tələbələr arasında müxtəlif yarışlar təşkil olunub, onların dil bilikləri və nitq bacarıqları qiymətləndirilib. Sonda yarış qalibləri hədiyyələrlə mükafatlandırılaraq təşəkkür olunublar.”
Qida Sənayesi Kollecinə Tələbə Təhsil Krediti Fondu tərəfindən növbəti maarifləndirici səfər həyata keçirilib.
UNEC nəzdində Qida Sənayesi Kollecinə Tələbə Təhsil Krediti Fondu tərəfindən növbəti maarifləndirici səfər həyata keçirilib. Görüş çərçivəsində ödənişli təhsildə olan tələbələrlə geniş şəkildə təlim keçirilib, Tələbə Təhsil Kreditinin verilməsi, ödəniş qaydaları və üstünlükləri barədə ətraflı məlumat verilib.
“İnsan hüquqları və onların qorunması” mövzusunda təlim
ADIU-nun nəzdində Qida Sənayesi Kollecinin hüquq müəllimi Aytən Paşa tərəfindən tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə “İnsan hüquqları və onların qorunması” mövzusunda təlim təşkil olunub. Təlim zamanı tələbələrə insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, hüquqi təminatlar, eləcə də hüquq pozuntuları zamanı müraciət mexanizmləri barədə geniş məlumat verilib.
“Cins seçiminin qarşısının alınması” mövzusunda əhatəli psixoloji maarifləndirici təlim keçirildi
ADIU -nun nəzdində Qida Sənayesi Kollecinin psixoloqu Bəsti Haciyeva tərəfindən tələbələr arasında “ Cins seçiminin qarşısının alınması” mövzusunda əhatəli psixoloji maarifləndirici təlim keçirildi. Təlimin məqsədi gənclərdə gender yanaşmasının düzgün formalaşdırılması, cinsə görə ayrı-seçkiliyin psixoloji köklərinin anlaşılması və cins seçimi kimi ciddi sosial problemin fəsadları barədə məlumatlılığın artırılması idi. Təlim zamanı aşağıdakı məqamlar geniş şəkildə izah olundu:
Xəbərlər
-
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə UNEC
Tarix: 04-10-2024 16:33 -
27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi
Tarix: 27-09-2024 19:30 -
27 sentyabr - Anım Günü münasibətilə Kollecinin kollektivi
Tarix: 27-09-2024 19:25 -
UNEC nəzdində kolleclərin tələbələri üçün “Bir Pəncərə
Tarix: 23-09-2024 16:40 -
16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində
Tarix: 16-09-2024 19:42 -
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Tarix: 14-09-2024 09:00 -
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yeni
Tarix: 12-08-2024 14:47 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
Tarix: 18-07-2024 13:47 -
Qida Sənayesi Kollecinə 2024/2025-ci tədris ili üçün əcnəbi
Tarix: 17-07-2024 13:38
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 19-07-2024 19:01 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11


















