Qida Sənayesi Kollecində kitabxana işçilərinin təşkilatçılığı ilə 18 oktyabr "Müstəqilliyin Bərpası Günü" münasibətilə tədbir keçirilmişdir.

UNEC nəzdində Qida Sənayesi Kollecində kitabxana işçilərinin təşkilatçılığı ilə 18 oktyabr "Müstəqilliyin Bərpası Günü" münasibətilə tədbir keçirilmişdir. Tədbir zamanı müstəqilliyimizin şanlı tarixini əks etdirən videoçarx nümayiş etdirilmiş, tələbələr Vətənə sevgi və azadlıq duyğusu ifadə edən mahnılar oxumuş, şeirlər söyləmişlər.

Ardını oxu

"Ağ ölümə gedən yol" mövzusunda təlim

ADIU-nun nəzdində Qida Sənayesi kollecinin Psixoloqu Bəsti Hacıyeva tərəfindən "Ağ ölümə gedən yol" mövzusunda təlim keçirilmişdir. Təlimin keçirilməsində məqsəd: ●Tələbələrə narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərin fəsadları barədə geniş məlumat vermək; ●Sağlam həyat tərzinin vacibliyini vurğulamaq; ●Tələbələrdə pis vərdişlərə qarşı şüurlu davranış formalaşdırmaqdır.

Ardını oxu

"Ümumdünya Psixi və Sağlamlıq günü"

ADIU- nun nəzdində Qida Senayesi Kollecinin psixoloqu Bəsti Haciyeva tərəfindən 10 oktyabr "Ümumdünya Psixi və Sağlamlıq günü" nə həsr olunmuş maarifləndirici təlim keçirildi. Təlimin kecirilməsində məqsəd tələbələrə psixi sağlamlığın nə olduğunu, onun həyat keyfiyyətinə necə təsir etdiyini və hər kəs üçün vacibliyini anlatmaq, onların ruhi sağlamlığa dair maariflənməsini və psixoloji rifahını gücləndirməkdir.

Ardını oxu

27 Sentyabr – Anım Günü münasibətilə Zəfər abidəsinə ziyarət

27 Sentyabr - Anım Günü ilə əlaqədar Gənclər və Tələbə Təşkilatlarının rəhbərləri, həmçinin 2000- dən çox aktiv tələbənin iştirakı ilə Zəfər abidəsinə ziyarət təşkil olunub. Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı dərin ehtiramla yad edirik!

Ardını oxu

Qida Sənayesi Kollecində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

UNEC nəzdində Qida Sənayesi Kollecində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə tələbələr öz çıxışları ilə Vətənə olan sevgilərini ifadə etmiş, şeirlər səsləndirmiş və vətənpərvər mahnılar ifa edərək şəhidlərimizə dərin ehtiramlarını nümayiş etdirmişlər. Sonda isə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Ardını oxu

Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu

UNEC nəzdində Qida Sənayesi Kollecində Anım gününə həsr edilmiş “YAŞAYAN XATİRƏLƏR” adlı rəsm sərgisi təşkil olundu. Anım Gününün 5-ci ildönümü münasibətilə kollecin həyətində təşkil edilən sərgidə tələbələrin hazırladığı əsərlər Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsinə həsr olunmuşdur.

Ardını oxu

Qida Sənayesi Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş seminar keçirildi

2025-ci il sentyabrın 25-də UNEC nəzdində Qida Sənayesi Kollecində tarix müəllimi Kazımova Vüsalə Aydın qızı tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş seminar təşkil olunmuşdur. Tədbirin keçirilməsində məqsəd tələbələrə Vətən müharibəsinin gedişatı, bu müharibədə xalqımızın göstərdiyi birlik və həmrəylik nümunələri, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və qəhrəman döyüşçülərimizin şücaəti barədə ətraflı məlumat vermək olmuşdur.

Ardını oxu