2018|2019-cu tədris ili üçün Bakı Qida Sənayesi Kollecinin Ümumi orta (9illik) bazasının qəbul planı

Kollecə 2018/2019-cu tədris ili üzrə qəbul planı. Ümumi orta təhsil (9 illik) bazasından qəbul (Azərbaycan bölməsi)
15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş toplantı.

Müstəqil Azərbaycanımızda yaşanan 15 iyun-Milli Qurtuluş günü xalqımızın çətinliklərindən qurtulub güclü bir dövlət bünövrəsinin qoyulduğu gündür. 1997-ci ildə parlamentin qəbul etdiyi qərarla 15 iyun tarixi Milli Qurtuluş günü kimi qeyd olunur. Elə bu münasibətlə ötən gün Bakı Qida Sənayesi Kollecində Milli Qurtuluş gününə həsr olunmuş toplantı keçirilmişdir.
CUMHURİYYƏTİMİZİN 100 YAŞI

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.
TARİXİ YARADAN LİDER

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lideridi. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.
Qəhrəmanlıq tariximizin “20 Yanvar”səhifəsi

Qəhrəmanlıq tariximizin “20 Yanvar”səhifəsi 20 Yanvar faciəsindən 28 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Bakı Qida Sənayesi Kollecində Ümummilli Liderimiz Heydər Əliyevin Xatirəsi Anıldı

Ümummilli liderimiz, dövlət qurucusu Heydər Əliyevin qayıdışı kimi ölümü də bu millətin çağdaş tarixinə bilik rəmzi kimi düşdü. XX əsrin Azərbaycan gerçəkliyinə, bütövlükdə xalqımızın ictimai-siyasi, mənəvi-mədəniyyətini həyata bəxş etdiyi dünya şöhrətli siyasətçi, ümummilli lider Azərbaycan Respublikasının eks prezidenti Heydər Əliyev dekabrın 12-də ömrünün 80-cı ilində vəfat etdi. Heydər Əliyevin itkisi, tarixi çox-çox qədimdə gedən ulu Azərbaycan-türk xalqının böyük kədəri, faciəsi olmaqla bərabər nəhəng dünya siyasətinin əvəzolunmaz itkisi oldu.
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

Mayın 25-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra Təhsil İnstitutunun direktoru Emin Əmrullayev Respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə qəbul göstəriciləri ilə bağlı
Xəbərlər
-
UNEC nəzdində Qida Sənayesi Kollecinin kollektivi "Nur”
Tarix: 16-03-2023 15:47 -
Allah rəhmət etsin!
Tarix: 11-01-2023 15:00 -
UNEC-in Qida Sənayesi Kollecində Dünya Azərbaycanlılarının
Tarix: 27-12-2022 19:53 -
12 dekabr, ulu öndər Heydər Əliyevin anım günü
Tarix: 12-12-2022 18:27 -
Zəfər Səninlədir Azərbaycan!
Tarix: 06-11-2022 17:19 -
18 Oktyabr Müstəqilliyin Bərpası Günü
Tarix: 18-10-2022 20:26 -
5 Oktyabr Müəllimlər Günü
Tarix: 05-10-2022 11:25 -
27 Sentyabr "Anım Günü"
Tarix: 27-09-2022 17:03 -
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
Təhsil Tələbə Krediti Fondunun əməkdaşlarının Kollecimizin
Tarix: 06-05-2022 15:57
Elanlar
-
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Tarix: 08-08-2022 00:31 -
2020/2021–ci tədris ilinin payız semestrinin yekunu
Tarix: 16-03-2021 02:19 -
Kollecin rəhbər vəzifəli şəxslərinin 2021-ci ilin I
Tarix: 03-03-2021 19:11