“Azərbaycan Doğma Diyar” adlı kitab və rəsm sərgisi

UNEC nəzdində Qida Sənayesi Kolleci tələbələri “2025-ci ilin Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında təşkil edilən “Azərbaycan Doğma Diyar” adlı kitab və rəsm sərgisində iştirak ediblər. Tədbir çərçivəsində tələbələrə Azərbaycan dövlətçiliyinin tarixi, Konstitusiyanın əhəmiyyəti və milli suverenlik anlayışı barədə ətraflı məlumat verilib.

Ardını oxu

"Gender və narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici təlim keçirilib

UNEC nəzdində Qida Sənayesi Kollecində Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı ilə "Gender və narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə iştirakçılara gender bərabərliyi, cəmiyyətin inkişafında qadın və kişilərin bərabər hüquq və imkanlara malik olmasının əhəmiyyəti, narkomaniyanın fəsadları, gənclər arasında yayılmasının qarşısının alınması yolları barədə ətraflı məlumat verilib. Tədbirdə həmçinin mütəxəssislər tərəfindən interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Ardını oxu

Bəsti Hacıyeva tərəfindən "Sağlam həyat tərzinin insan psixologiyasına təsiri "nə aid təlim keçirildi

Bəsti Hacıyeva tərəfindən "Sağlam həyat tərzinin insan psixologiyasına təsiri "nə aid təlim keçirildi

Ardını oxu

Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilib

Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilib. Sərgi bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbekin rəhbərliyi ilə Qazaxıstanın bir sıra ali təhsil müəssisələrinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunub.

Ardını oxu

Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “WE DEMAND!” adlı fləşmob keçirilib.

Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş ümumilikdə 4 mindən çox Tələbə Gənclər Təşkilatlarının (TGT) fəal tələbəsinin iştirakı ilə “WE DEMAND!” adlı fləşmob keçirilib.

Ardını oxu

Kollecində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri

26 fevral 2025-ci il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalıda qətlə yetirilən günahsız soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Ardını oxu

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə “Ana harayı” abidəsini ziyarəti

UNEC nəzdində Qida Sənayesi Kolleci kollektivi və tələbələri Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə “Ana harayı” abidəsini ziyarət edib. Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzülüb, faciə qurbanları dərin ehtiramla yad olunub.

Ardını oxu